Sizin Reklam Burada

Messi özünə cangüdən tutub

Messi özünə cangüdən tutubABŞ-ın “İnter Mayami” komandasının argentinalı hücumçusu Lionel Messi özünə cangüdən tutub.

“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, futbolçu üçün cangüdəni Amerika klubunun həmsahibi Devid Bekem seçib. Mühafizəçi ABŞ Ordusunun xüsusi təyinatlılarının İraq və Əfqanıstanda döyüş təcrübəsinə malik və döyüş sənətində mahir olan keçmiş əsgəridir. O, həmçinin bir neçə MMA döyüşlərində iştirak edib.

Bildirilir ki, Messinin cangüdəni müştərisini hər hansı arzuolunmaz təmasdan qorumaq üçün “İnter Mayami”nin matçları zamanı meydançanın kənarı ilə qaçır.

"İnter Mayami"də səkkiz oyundan sonra Messinin hesabında 10 qol və üç məhsuldar ötürmə var. Avqustun 20-də argentinalı ilk dəfə Amerika kubokunu qazanıb. “İnter Mayami” turnirin həlledici oyununda “Neşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun sahibi olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər