Sizin Reklam Burada

Qurbanov “Olimpiya”nı təriflədi: "Güclü rəqibdir"

Qurbanov “Olimpiya”nı təriflədi: "Güclü rəqibdir"“Olimpiya” güclü rəqibdir, çox yaxşı oyun üslubu var”.

Teleqraf.com xəbər verir ki,bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə keçiriləcək ilk oyun üçün Sloveniyaya yollanmamışdan əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis həlledici mərhələdə olduqlarını söyləyib: “Düzgün köklənmək üçün maksimum dərəcədə çalışacağıq. İnanıram ki, futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldıracaq. Onlar yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər. Azarkeşlər üçün maraqlı mübarizə olacaq”.

Baş məşqçi sıx qrafikdə çıxış etdikləri üçün yorğunluq olduğunu gizlətməyib: “Matça hazırlıq zamanı komandada yorğunluğun azalmasına çalışdıq. Son vaxtlar 3-4 gündən bir oyuna çıxırıq, səfərlər edirik. Vəziyyəti tam tənzimləyə bilməmişik”.

Qurban Qurbanov yalnız iki oyunçunun zədədən əziyyət çəkdiyini söyləyib: “Bədavi Hüseynov və Marko Veşoviçdən başqa, digərlərində hər şey qaydasındadır”.

Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər