Sizin Reklam Burada

Cavan "Sabah" yaşlı "Partizan"a dərs keçdi - Dulyay

Cavan "Sabah" yaşlı "Partizan"a dərs keçdi - DulyayBütün amillərdə rəqibdən geri qaldıq.

Avrasiya.net xəbər verir ki, bunu Serbiyanın "Partizan" komandasının baş məşqçisi İqor Dulyay Bakıda "Sabah"a 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis Bakı təmsilçisinin təzyiqi qarşısında tab gətirə bilmədiklərini söyləyib:

"Müdafiəçilərə fikirləşməyə vaxt vermirdilər. 15-20 dəqiqədən sonra oyuna qoşula bildik, amma artıq gec idi. Bu gün cavan "Sabah" yaşlı "Partizan"a dəsr keçdi. Rəqib baş məşqçini təbrik etdim. Növbəti oyunda nələr olacağını görəcəyik".

O, bu yay "Neftçi"dən transfer etdikləri Matias Saldanyanın çıxışına da toxunub:

"Əla futbolçudur, ona inanıram. Yüksək səviyyədə çıxış edir. Sadəcə, uyğunlaşması üçün vaxt lazımdır".

Dulyay növbəti mərhələ şanslarını da dəyərləndirib: "Bir az sakitləşib, oyunu təhlil etməliyik. Öz meydanımızda başqa oyun göstərə bilərik. Azarkeşlərimizin də dəstəyi ilə daha yaxşısını etmək olar".

Qeyd edək ki, cavab oyunu avqustun 17-də Belqradda olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər