“Karate hamı üçün” - Kütləvi idman tədbiri təşkil olunub
Dərc olunub:
4-08-2023, 22:37
4 avqust tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Karate hamı üçün” devizi altında kütləvi idman tədbiri təşkil olunub.
Azərbaycan Karate Federasiyasının (AKF) təşkilati dəstəyi ilə baş tutan tədbirdə gənc karateçilərə fiziki dözümlülük və ustad dərsləri keçirilib.
60 karateçinin qatıldığı dərslərə V dan qara kəmər ustası, AKF-nin baş katibi Qabil Sayadov və IV dan qara kəmər ustası, beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi Qələndər Aslanov rəhbərlik edib.
Tədbirin keçirilmə məqsədi gənc karateçilərin motivasiyasının və marağının daha da artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.