Sizin Reklam Burada

"Qarabağ" "Rakuv"u udsa, bu komanda ilə qarşılaşacaq

"Qarabağ" "Rakuv"u udsa, bu komanda ilə qarşılaşacaq"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Avrasiya.net xəbər verir ki, "Qarabağ" II raundda Polşa "Rakuv"unu məğlub etsə, Kipr "Aris"i ilə qarşılaşacaq.

"Aris" Belarus BATE-sini mübarizədən kənarlaşdırıb. İlk oyunda rəqibinə 6:2 hesabı ilə qalib gələn kiprlilər cavab matçında da 5-3 qalib gəlib.

Qeyd edək ki, "Qarabağ" Polşadakı görüşdə "Rakuv"a 2:3 hesabı ilə uduzub. Cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, ikinci görüşləri isə 15 avqustda gerçəkləşəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər