Çempionlar Liqası: Bu gün "Qarabağ"ın potensial rəqibi bəlli olacaq
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.
İlk oyun günündə 4 qarşılaşma keçiriləcək.
"Qarabağ" (Azərbaycan) / "Rakuv" (Polşa) cütünün III raunddakı potensial rəqibləri olan Belarus BATE-si ilə Kipr "Aris"i bu dəfə Macarıstanda üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Limasoldakı ilk oyunda meydan sahibləri rəqibini darmadağın edib - 6:2.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
1 avqust
21:30. "Panatinaikos" (Yunanıstan) - "Dnepr-1" (Ukrayna)
İlk oyun - 3:1
22:00. "Olimpiya" (Sloveniya) - "Luduqorets" (Bolqarıstan)
İlk oyun - 1:1
22:00. BATE (Belarus) - "Aris" (Kipr)
İlk oyun - 2:6
22:00. "Slovan" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina)
İlk oyun - 1:0
Qeyd edək ki, bu mərhələnin digər 8 cavab qarşılaşması avqustun 2-də keçiriləcək.