"Qarabağ" "Linkoln"u darmadağın etdi
Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Cəbəllütariq klubu “Linkoln”un start heyətləri bəlli olub.
Avrasiya.net xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Qarabağ” (Azərbaycan): 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
“Linkoln” (Cəbəllütariq): 23. Deyl Kolinq, 6. Bernardu Lopeş (k), 24. Con Sarcent, 21. Nano, 5. İbrahim Ayu, 88. Mandi, 20. Mustafa Yahaya, 10. Liam Uoker, 66. İtan Britto, 9. Kike Qomes, 7. Li Kasyaro
Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq. İyulun 11-də “Viktoriya” stadionundakı ilk matçda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.
***
"Qarabağ" - "Linkoln" qarşılaşması start götürdü.
***
Zubir görüşün 7-ci dəqiqəsində "Qarabağ"ı hesabda önə çıxardı: 1-0.
***
"Qarabağ" Bəhlul Mustafazadənin qolu ilə ilk hissənin sonuna əlavə edilmiş dəqiqədə fərqi artırdı: 2-0.
***
Cica 49-cu dəqiqədə "Qarabağ"ın üçüncü qolunu vurdu: 3-0.
***
Yankoviç matçın 61-ci dəqiqəsində 4-cü topu rəqib qapısından keçirdi: 4-0.
***
"Qarabağ" "Linkoln"a matçda 4-0 hesablı qələbə qazanmaqla növbəti mərhələyə vəsiqə əldə etdi. Təmsilçimizin bu mərhələdəki rəqibi Polşa çempionu "Rakuv" komandasıdır.