"Qarabağ"ın potensial rəqiblərinin dueli: qalib bəlli oldu
Dərc olunub:
12-07-2023, 04:21
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri I raundda qarşılaşıblar.
Axar.az xəbər verir ki, Polşada "Rakuv" və Estoniya "Flora"sı arasında baş tutan matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.
Cavab görüşü iyulun 18-də Tallində keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsinin ilk matçında "Linkoln"u 2:1 hesabı ilə məğlub edib.