Sizin Reklam Burada

"Linkoln" düşündüyümüz kimi oynadı - Qurbanov

"Linkoln" düşündüyümüz kimi oynadı - QurbanovRəqib komanda düşündüyümüz kimi oynadı.

Avrasiya.net-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariqdə "Linkoln"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

51 yaşlı mütəxəssis qələbə münasibətilə futbolçularını təbrik edib:

"Meydança amili və hava şəraitini nəzərə alsaq, oynamaq asan deyildi. Bir neçə epizodu çıxmaq şərtilə, 90 dəqiqə ərzində çox diqqətli oynadıq. Sadəcə, 1-2 epizod zamanı bir az diqqətsizlik oldu".

Onun sözlərinə görə, "Linkoln" təcrübəli futbolçulardan qurulmuş kollektivdir: "Hər birinin son nöqtəni qoymaq bacarığı var. 23-24 günlük səfərdən sonra komandada psixoloji yorğunluq çox idi. Buna baxmayaraq, özlərini düzgün idarə edib qələbə topunu vura bildilər. Oyunçularımın matça yanaşmasından razı qaldım".

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər