Millətlər Liqasında ilk finalçı müəyyənləşdi
UEFA Millətlər Liqasında “Dördlər finalı” start götürüb.
Avrasiya.net xəbər verir ki, ilk yarımfinal oyununda ev sahibi Niderland millisi Xorvatiya yığmasını sınağa çəkib.
Rotterdamda keçirilən oyun əlavə vaxta gedib və kifayət qədər məhsuldar alınıb. Altı qolun vurulduğu matçın yekununda inamlı qələbə qazanan xorvatlar finala yüksəliblər.
Digər yarımfinal matçı bu gün İspaniya və İtaliya yığmaları arasında olacaq.
“Dördlər finalı”nın həlledici oyunu iyunun 18-də keçiriləcək.
UEFA Millətlər Liqası
“Dördlər finalı”
Yarımfinal
Niderland – Xorvatiya 2:4
Qol: Doniel Malen, 34. Noa Lanq, 90+6 – Andre Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116.
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, “Feyenoord Stadionu”