Mahir Emreli "Konyaspor"la vidalaşdı
Dərc olunub:
8-06-2023, 08:21
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"undan ayrılır.
Avrasiya.net-in məlumatına görə, bu barədə 25 yaşlı hücumçu özünün İnstaqram səhifəsində paylaşım edib.
"Hər şey üçün təşəkkürlər, "Konyaspor", - o yazıb.
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə məxsus olduğu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna qayıdacaq.