Sizin Reklam Burada

ABŞ klubundan Messiyə 200 milyon dollarlıq TƏKLİF

ABŞ klubundan Messiyə 200 milyon dollarlıqAmerikanın "İnter Mayami" futbol klubu "Paris Sen-Jermen"in (PSJ) oyunçusu Lionel Messiyə rəsmi olaraq uzunmüddətli müqavilə təklif edib.

Bu barədə "Diario Sport" portalı məlumat yayıb.

Məlumata görə, təklif edilən müqavilənin məbləği 200 milyon dollar olacaq. Qeyd olunub ki, Messiyə dörd mövsümlük müqavilə təklif edilib. Hər mövsüm üçün 50 milyon dollar nəzərdə tutulub.

Təklif edilən müqaviləyə əsasən, argentinalı futbolçu 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının reklam kampaniyasında da iştirak edə biləcək.

Xatırladaq ki, Messi 2021-ci ilin yayında "Barselona"dan PSJ-yə keçib. 35 yaşlı oyunçunun müqaviləsi mövsümün sonunda başa çatır. Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu da onunla maraqlanıb və Messiyə 1,2 milyard avroluq müqavilə təklif edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər