Sizin Reklam Burada

Bu gün Avropa Liqasının finalıdır

Bu gün Avropa Liqasının finalıdırBu gün UEFA Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşəcək.

Avrasiya.net-in məlumatına görə, İspaniya klubu “Sevilya” ilə İtaliya təmsilçisi “Roma” arasında final oyunu keçiriləcək.

Qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki 67 000 tamaşaçı tutumuna malik “Puşkaş Arena”da baş tutacaq. Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın 7-ci, “Roma”nın isə 2-ci finalı olacaq.

Turnirin rekordçusu olan ispanlar indiyə qədər keçirdikləri 6 həlledici matçın hamısında qalib gəlməyi bacarıblar. İtaliya komandası isə yalnız 1991-ci ildə finala çıxıb və həlledici dueldə ölkənin digər iştirakçısı “İnter”ə məğlub olub. Yəni, “canavarlar” tarixində ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışacaq.

Hər iki komanda daxili birincilikdə ilk “dördlüy”ə düşə bilmədiyindən, Avropa Liqasını qazanmaq onlar üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki qalib gələcək komanda növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak hüququna yiyələnəcək. Belədə həmin klubun təmsil etdiyi ölkənin 5 komandası 2023/2024 mövsümündə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq.

UEFA Avropa Liqası

31 may

23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Budapeşt, “Puşkaş Arena”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər