DAF Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin üzvlüyünə qəbul edilib
Dünya Alpaqut Federasiyası (DAF) daha bir mötəbər beynəlxalq idman təşkilatı olan, Fair Play - Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (International Fair Play Committee) üzvlüyünə qəbul edilib.
Avrasiya.net xəbər verir ki, bu barədə Dünya Alpagut Federasiyasının Vitse-prezidenti Emil Rəhimov bildirib.
Məlumatda qeyd olunub ki, son bir ildə Dünya Alpaqut Federasiyası sürətlə mötəbər beynəlxalq İdman növləri təşkilatları tərəfindən tanınaraq üzvlüyə qəbul edilir.
Belə ki, Dünya Alpaqut Federasiyası 19.05.2022-ci il tarixində Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası ICSSPE/CIEPSS ) tərəfindən, 7 dekabr 2022-ci il tarixində TAFISA - Hamı üçün Beynəlxalq İdman Assosiasiyası (The Association For International Sport for All ) tərəfindən, 10 mart 2023-cü il IMGC - Beynəlxalq Döyüş Sənəti Oyunları Komitəsi ( International Martial Arts Committee ) tərəfindən üzvlüyə qəbul edilib, 02.05.2023 cü il tarixində isə Beynəlxalq Etno İdman Oyunları (World Nomad Games) Konfederasiyası ilə əməkdaşlıq memorandumu imzalanıb.