Çempionlar Liqası: Yarımfinal mərhələsinin ilk oyunlarının hakimləri bəlli olub
Dərc olunub:
8-05-2023, 13:25
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarının hakim təyinatları bəlli olub.
"Report" xəbər verir ki, İspaniyada "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları arasındakı görüşü portuqaliyalı Artur Diaş idarə edəcək. Ona həmyerliləri Paulu Soareş və Pedru Ribeyru köməklik göstərəcək. Dördüncü hakim italiyalı Daniele Orsato olacaq.
İtaliyada "Milan" və "İnter" komandalarının dueli isə ispaniyalı Xesus Hil Mansanoya tapşırılıb. Ona Dieqo Barbero və Anxel Nevado Rodriges yardımçı olacaq. Dördüncü referi Xose Sançesdir.
Qeyd edək ki, "Real Madrid" - "Mançester Siti" qarşılaşması mayın 9-da, "Milan" - "İnter" matçı mayın 10-da gerçəkləşəcək