Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rotterdam şəhərində şahmat turniri keçirilib
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə, Niderland Krallığının Rotterdam şəhərində yerləşən QARABAĞ idman klubunda 5-10 və 11-15 yaş qrupu arası iştirakçıların şahmat turniri keçirilib.
Şahmat turniri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Şahmat turnirinin iştirakçıları bu ölkədə yaşayan soydaşlarımız, türk və digər icmaların nümayəndələri idilər.
Qonaqları salamlayan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov turnirin nə dərəcə önəmli olduğunu və keçirilmə aspektini vurğulayıb.
Uşaqların böyük həvəs göstərdiyi turnir 4 saat davam edərək yüksək nəticələrlə sonuclanıb.
Beləki, 5-10 yaş arası qaliblər: 1 ci yer: Jəfər Jəfərov, 2 ci yer:
Ömər Emir Adsalmıs, 3 cü isə
Əmir Əlakbərov olublar.
11-15 yaş arası qaliblər isə Mehmet Eren Tunçer: 1 yer,
Məleykə Məmmədova: 2 yer,
Huseyin Bulaca isə 3 cü yeri qazanıblar.
Qaıiblər medal, kubok və hədiyyələrlə təltifləniblər.
Qalibləri təbrik edən BAK sədri E. Məmmədov və qonaqlar belə turnirin çox önəmli olub soydaşlarımızın və Niderland Krallığında yaşayan digər icma üzvlərinin bir araya gəlməsinin və gələcəkdə belə turnirlərin keçirilməsinin ənənə halına dönməsi çox önəmli olduğunu vurgulayıb.