Sizin Reklam Burada

Millimizə növbəti medalı Maqomedov qazandırdı

Millimizə növbəti medalı Maqomedov qazandırdıSərbəst güləş üzrə millimiz Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Avropa çempionatında növbəti medalını qazanıb.

Avrasiya.net xəbər verir ki, çempionatda 97 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Maqomedxan Maqomedov səkkizdəbir finalda italiyalı Benjamin Honisi vaxtından əvvəl məğlub edib - 12:1.

Təmsilçimiz dörddəbir finalda isveçrəli Samuel Şerrə də eyni aqibəti yaşadıb - 11:0. M.Maqomedov yarımfinalda ötən il Avropa çempionatının finalında məğlub etdiyi Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşıb. Növbəti dəfə bu rəqibinə inamla (6:0) qalib gələn Avropa çempionumuz yenidən qitə birinciliyinin finalına vəsiqə qazanıb.

Güləşçimiz titul uğrunda gürcüstanlı Givi Matçaraşvili ilə qarşılaşıb. Rəqibinə 3:4 hesabı ilə məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl digər güləşçilərimiz Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionatında qızıl medal qazanıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər