Azərbaycan ağırlıqqaldıranları İrəvandakı Avropa çempionatında iştirak edəcəklər
Dərc olunub:
12-04-2023, 11:06
Ağır atletika üzrə Azərbaycan millisinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib.
Avrasiya.net xəbər verir ki, yığma qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış edəcək. İlkin siyahıda yer alan Dadaş Dadaşbəyli (109 kq) heyətdən çıxarılıb.
Qeyd edək ki, Avropa çempionatı aprelin 15-dən 23-dək keçiriləcək.