Azərbaycan millisi İsveçə məğlub oldu
Dərc olunub:
28-03-2023, 00:50
AVRO-2024-ün seçmə mərhələsində ikinci oyun keçirilib.
Avrasiya.net xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu Azərbaycan millisi səfərdə İsveçin qonağı olub.
Stokholm şəhərindəki matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını iyunun 17-də “Dalğa Arena”da Estoniya seçməsinə qarşı keçirəcək.
F qrupunun digər matçında Avstriya Estoniyanı qəbul edib. Meydan sahibləri əzmkar qələbə qazanıb – 2:1.