AVRO-2024: Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək
Dərc olunub:
27-03-2023, 08:20
Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək.
Avrasiya.net-in məlumatına görə, Canni De Byazinin yetirmələri İsveç yığmasının qonağı olacaqlar.
F qrupunun ilk turunda böyük hesabla məğlub olan iki komanda Solnada üz-üzə gələcək. "Frends Arena"da baş tutacaq qarşılaşmada Azərbaycan millisi Avstriyaya 1:4 hesablı məğlubiyyəti unutdurmaq niyyətindədir. Üç gün əvvəl doğma arenasında Belçikaya 3 cavabsız qolla uduzan Zlatan İbrahimoviçin komandası isə eyni məkanda ilk xallarını qazanmaq arzusundadır.
AVRO-2024, seçmə mərhələ
II tur
27 mart
F qrupu
22:45. İsveç – Azərbaycan
Baş hakim: Stefani Frappar
Solna, "Frends Arena"