Sizin Reklam Burada

Vitse-spiker, komitə sədri "I Bakı İdman Festivalı"nda - Fotolar

Vitse-spiker, komitə sədri "I Bakı İdman Festivalı"nda - FotolarHər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.

Bu münasibət ilə bütün idmançılarımızı səmimi-qəlbdən təbrik edir, yeni-yeni uğurlar arzulayıram.
Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov sosial səhifəsində yazıb.

Komitə sədri qeyd edib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır və inkişafı ildən-ilə daha geniş vüsət alır. Bu günün qeyd olunması təsadüfi deyil, belə ki, 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. İdman sahəsində həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımız 44 günlük Vətən müharibəsində də üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün 500 nəfər cəbhəyə yolandı. Onlardan 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib, 67 nəfər isə yaralanıb. Bütün bunlar Azərbaycan idmançılarının doğma Vətəni canları qədər sevdiklərini, onların nümunəvi vətəndaş olduqlarını bir daha sübut edir.

Bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub: "Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ilk dəfə "I Bakı İdman Festivalı" keçirildi. Festivalda həmkarlarım Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, millət vəkili, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev və digər qonaqlarla birlikdə iştirak etdik. Gənc idmançılar Festivalın 1-ci dəfə keçirilməsinə baxmayaraq tədbiri yüksək fəallıq şəraitində qeyd edirlər, çox qürurlandıq və razı qaldıq".







Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər