Sizin Reklam Burada

Uşaqlar və yeniyetmələr arasında Braziliya Ciu-citsu döyüş sənətinin No-Gi versiyası üzrə turnir keçirilib

Uşaqlar və yeniyetmələr arasında Braziliya Ciu-citsu döyüş sənətinin No-Gi versiyası üzrə turnir keçirilibBu gün Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının razılığı, Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə uşaqlar və yeniyetmələr arasında Braziliya Ciu-citsu döyüş sənətinin No-Gi versiyası üzrə turnir keçirilib.

Avrasiya.net xəbər verir ki, turnir Xocalı faciəsi qurbanlarının və Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin xatirəsinə həsr olunub.

Yarışın əvvəlində Braziliya Ciu-Citsu idman növünün Azərbaycanda banisi, Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov açılış nitqi ilə çıxış edərək döyüşçülərə uğurlar arzulayıb.

Federasiyanın prezidenti Aqil Acalov, sədr müavinləri Anar Səfərov və Kamil Qocayev də çıxış edərək yarış haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıblar.

Daha sonra həm Xocalı faciəsi zamanı həyatını itirənlərin, həm də Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılışın ardıyca start verilən yarışda respublikanın müxtəlif bölgələrindən yüzə yaxın idmançı iştirak edib.

Sonda yarışın qaliblərinə medallar, diplomlar və kuboklar təqdim olunub.

Yarışda komandalar üzrə qaliblərin siyahısını təqdim edirik:

1-ci yer “Şikar Aslanov”;
2-ci yer “Hadiyev”;
3-cü yer “Xəzər”.






Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər