Sizin Reklam Burada

Konfrans Liqası: "Qarabağ" bu gün "Gent"lə cavab oyununa çıxacaq

Konfrans Liqası: "Qarabağ" bu gün "Gent"lə cavab oyununa çıxacaq"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Avrasiya.net-in məlumatına görə, Ağdam təmsilçisi Belçikada "Gent" klubunun qonağı olacaq. "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edəcək.

Azərbaycan çempionu Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazandığından istənilən heç-heçə və ya qalibiyyət komandanı 1/8 finala yüksəldəcək.

"Köhlən atlar" matça ciddi itkilərlə çıxacaqlar. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərinin heyətində də bəzi itkilər var. Yarımmüdafiəçi Endryü Hülsager zədəyə görə heyətdən çıxarılıb. Müdafiəçi Cozef Okumu və digər orta xətt oyunçusu Alessio Kastro-Montesin "Qarabağ"a qarşı oynaması isə sual altındadır.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
23 fevral

00:00. "Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR hakimləri: Devid Kut, Li Betts (hər ikisi İngiltərə)
İlk oyun - 0:1
Gent, "Gelamko Arena"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər