Sizin Reklam Burada

Çempionlar Liqası: Bu gün daha iki oyun keçiriləcək

Çempionlar Liqası: Bu gün daha iki oyun keçiriləcəkBu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Gecənin maraqla gözlənilən matçı Almaniyada Dortmund "Borussiya"sı ilə "Çelsi" arasında olacaq. Görüşü ispaniyalı FIFA referisi Xesus Gil Manzano idarə edəcək.

Digər oyunda isə Portuqaliya "Benfika"sı Belçikada turnirin sürpriz komandası "Brügge"nin qonağı olacaq. Qarşılaşmada ədaləti italiyalı Davide Massa qoruyacaq.

UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
15 fevral


00:00. "Borussiya" Dortmund (Almaniya) - "Çelsi" (İngiltərə)
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Dortmund, "Siqnal İduna Park" stadionu

00:00. "Brügge" (Belçika) - "Benfika" (Portuqaliya)
Baş hakim: Davide Massa (İtaliya)
Brügge, "Yan Breydel" stadionu.

Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə Almaniya "Bavariya"sı Fransada PSJ-yə, İtaliya "Milan"ı isə evdə İngiltərə "Tottenhem"inə 1:0 hesabı ilə qalib gəlib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər