Deputat Federasiyanın prezidenti seçildi
Azərbaycan Karate Federasiyaları Asossiasiyasında (AKFA) prezident seçkisi keçirilib.
AKFA-dan Avrasiya.net-ə verilən məlumata görə, Milli Məclisin üzvü Ülvi Quliyev növbəti dəfə prezident vəsifəsinə seçilib.
Seçki Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Karate Federasiyaları Asossiasiyasının ümumi yığıncağında baş tutub.
AKFA-nın vitse-prezidenti postuna Füzuli Musayev, Rəhman Hətəmov, Fərid Əsgərov və Allahverdi Rüstəmov təyin olunublar. Yığıncaqda həmçinin Yaşar Bəşirov, Elçin Mehdizadə, Maarif Bağırov, Rəfael Bünyatov və Zöhrab Məmmədov təşkilatın idarə heyətinin üzvü seçiliblər.
Yığıncaqda çıxış edən Ülvi Quliyev qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.
Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Elnur Məmmədov asossiasiyanın yeni seçilən rəhbrəliyini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.