Sizin Reklam Burada

"Gənc idmançılar idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar"

"Gənc idmançılar idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bütün sahələrlə yanaşı idmanın da inkişafına xüsusi diqqət göstərilmişdir. Xüsusilə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz bu siyasətin məntiqi nəticəsi idi ki, qısa vaxt ərzində ölkəmiz idman ölkəsi kimi beynəlxalq aləmdə tanınındı və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində mühüm işlər həyata keçirildi. Ulu Öndər Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, “idmançılar hər zaman dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir”.

Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər və idman siyasəti bu gün Ümummilli Liderimizin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar bütün sahələrlə yanaşı idman sahəsinin inkişafına da mühüm töhfə verməkdədir. Əminliklə deyə bilərik ki, Azərbaycanda idmana olan diqqət və qayğı bu gün bir sıra ölkələr üçün nümunə təşkil etməkdədir. Respublikamızın paytaxtında və bütün bölgələrində müasir tələblərə cavab verən Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları tikilərək idmançılarımızın istifadəsinə verilməsi, eyni zamanda idmançılara göstərilən qayğı bunun bariz sübutudur. Bununla yanaşı ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq səviyyəli mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. Sevindirici və qürurverici haldır ki, artıq Azərbaycan beynəlxalq səviyyəli idman tədbirlərinin uğurla keçirildiyi bir ölkəyə çevrilmişdir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.

Cənab Prezidentin vaxtaşırı olaraq idman sahəsində uğurları olan idmançılarımızla görüşləri, onların problemlərinin həlli istiqamətində atılan addımlar artıq ənənə halını almaqdadır. Xüsusilə hər ilin sonunda ölkə başçısının idman sahəsində ilin yekunlarına həsr edilmiş tədbirlərdə idmançılarımızla bir araya gəlməsi və uğur qazanan idmançılarımızın mükafatlandırılması gələcək zəfərlər üçün əsas stimul yaradır. Yanvar ayının 9-da 2022-ci ilin idman yekunlarına həsr edilmiş tədbirdə də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev cənablarının iştirakı, idmançılarımız qarşısında geniş nitqlə çıxış etməsi və sonda idmançılarımızı mükafatlandırması ölkəmizdə idmana və idmançılarımıza göstərilən diqqət və qayğının bariz sübutu idi. Cənab Prezident öz çıxışında ölkəmizin idman sahəsində əldə etdiyi böyük uğurlardan, həmçinin qarşıda duran vəzifələrdən geniş bəhs etdi. Ölkə başçımız son illərdə gənclərimizin idmana kütləvi axınını təqdirəlayiq hal kimi qiymətləndirərək qeyd etdi ki, “Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar. Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.

Bu gün qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq idman ailəsində layiqli yerini tutmaqdadır. Artıq idmançılarımız beynəlxalq səviyyəli yarışlarda ölkəmizi qalib gəlmiş müzəffər xalqın nümayəndəsi kimi təmsil edir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının idmanın inkişafına olan diqqət və qayğısı onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanacaqdır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər