Sizin Reklam Burada

Kadinin maaşı açıqlandı - İllik 2 milyon avro

Kadinin maaşı açıqlandı - İllik 2 milyon avro"Qarabağ"dan "Krasnodar"a transfer olunan Kadi Borgesin Rusiya təmsilçisindəki maaşı müəyyənləşib.

Avrasiya.net Qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi yeni klubunda illik 2 milyon avro qazanacaq. Bu, onun “Qarabağ”dakı qazancından azı 3 dəfə çoxdur. Kadinin Ağdam klubundan ayrılmasında onun şəxsi müqaviləsində maaşının çoxluğu əsas rolu oynayıb.

Qeyd edək ki, Kadinin "Krasnodar"a keçidi ötən gün rəsmən açıqlanıb. Qeyri-rəsmi məlumatlara görə, "Krasnodar" "Qarabağ"a 5 milyon avro təzminat ödəyəcək. Bu isə Azərbaycan futbol transferi tarixində yeni rekorddur. Braziliyalı oyunçu tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.

Xatırladaq ki, Kadi 2021-ci ildən "Qarabağ"ın formasını geyinirdi. O, bu mövsüm 31 oyunda 8 qol vurub və 11 qolun ötürməsini verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər