Pelenin ölüm səbəbi məlum oldu
Dərc olunub:
30-12-2022, 09:05
Üçqat dünya çempionu Pele xərçəng səbəbilə daxili orqanların çatışmazlığından dünyasını dəyişib.
Avrasiya.net xəbər verir ki, bu barədə onun müalicə aldığı Albert Eynşteyn klinikası məlumat yayıb.
“Albert Eynşteyn Klinikası Pelenin 29 dekabr tarixində saat 15:27-də proqressiv xərçəng fonunda çoxsaylı orqan çatışmazlığından ölməsi xəbərini acı bir şəkildə təsdiqləyir”, - məlumatda deyilir.
Qeyd edək ki, 1940-cı il təvəllüdlü Pele futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur. Pele karyerası ərzində 1279 qolla Ginnessin Rekordlar Kitabına düşüb.