Sizin Reklam Burada

Şabran rayon Uşaq Gənclər İdman Məktəbi "İlin Ən Yaxşıları"ndan seçilib

Şabran rayon Uşaq Gənclər İdman Məktəbi "İlin Ən Yaxşıları"ndan seçilibŞabran rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbi 2022-ci ilin ən yaxşıları sorğusunun nəticəsinə əsasən Respublika üzrə 3-cü yerdə qərarlaşıb.

Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarını qeyd edib.

Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib. Buta Palasda təşkil edilən tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2022-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Qonaqları qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən nazir 2023-cü ilin idmanımız üçün daha da uğurlu olacağına ümidvar olduğunu bildirib.

Sonra üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub. Şabran rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbi 2022-ci ilin ən yaxşıları sorğusunun yekun nəticələrinə əsasən 3-cü yerdə qərarlaşıb.

2022-ci ilin Uşaq-Gənclər İdman Məktəbi
1. 1 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbi (Sumqayıt)
2. “Vətən” RİOEUG Futbol Məktəbi
3. Şabran rayon Uşaq Gənclər İdman Məktəbi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər