Argentina yarımfinalda!
Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Niderland və Argentina yığmaları qarşılaşır.
Avrasiya.net xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxıblar.
Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 7. Stiven Berqveyn, 10. Memfis Depay, 8. Kodi Qakpo
Argentina: 23. Emiliano Martinez, 26. Molina Nahuel, 13. Kristian Romero, 25. Lisandro Martines, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 10. Lionel Messi, 9. Julian Alvares.
***
Molina matçın 35-ci dəqiqədə Argentinanı hesabda önə çıxardı: 1-0.
***
Messi 73-cü dəqiqədə penaltidən fərqi 2-yə çatdırdı.
***
Veqorst 84-cü dəqiqədə fərqi azaltdı: 2-1.
***
Veqorst əsas vaxta əlavə edilmiş 10-cu dəqiqədə bərabərlik qoluna imza atdı: 2-2.
***
Qarşılaşmanın əsas vaxtı bərabərliklə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılacaq. Bu raundda da tarazlıq pozulmasa, penalti zərbələrinə müraciət olunacaq.
***
Əlavə 30 dəqiqədə də bərabərlik qeydə alındığı üçün penaltilər seriyası ilə qalib müəyyənləşəcək.
***
Argentina Niderlandla qarşılaşmada penalti vuruşlarında daha dəqiq oynayaraq (4-3) yarımfinala yüksəldi. Bu mərhələdə Argentinanın rəqibi Xorvatiya millisidir.