Yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyinə yekun vurulub
Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş 14 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə rayon birinciliyinə yekun vurulub.
8-9 dekabr tarixlərində Gənclər Evində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 55 yeniyetmə şahmatçı yerlər uğrunda mübarizə aparıb. Birincilik yeniyetmələrin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının gənc nəsil arasında təbliği, şahmat idman növünə marağın artırılması və yeniyetmə şahmatçıların yarış təcrübəsinin artırılması məqsədi daşıyıb.
2 gün davam edən yarışın oyunlarının yekun nəticəsinə əsasən qızlar arasında Qızılgül Həsənova I, Leyla Əskərova II, Məryəm Qurbanlı III yeri tutub. Oğlanların yarışında isə Əli Qurbanlı I, Cahid Allahverdiyev II, Ömər İsmayıllı III olub. Təltif olunma mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Günel Ağayeva da iştirak edib. Qaliblərə Gənclər və İdman İdarəsinin fəxri fərman və medalları təqdim olunub.
#şahmat #idman #SiyəzənGİİ #Gənclərİdman #Azərbaycanİdmanı #AZEsport #AZEidman #birkimibirlikdı