DÇ-2022: Braziliya Xorvatiyanı, Argentina Niderlandı sınağa çəkəcək
Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək.
Avrasiya.net-in məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında turnirin əsas favoritlərindən Braziliya millisi Xorvatiyanı sınağa çəkəcək. "Edyukeyşn Siti" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək.
Digər oyunda isə Niderland və Argentina yığmaları üz-üzə gələcəklər. "Lusail" stadionundakı görüşün baş hakimi ispaniyalı Migel Mateu Laos olacaq.
DÇ-2022
1/4 final mərhələsi
9 dekabr
19:00. Xorvatiya - Braziliya
Baş hakim: Maykl Oliver (İngiltərə)
"Edyukeyşn Siti" stadionu
23:00. Niderland - Argentina
Baş hakim: Migel Mateu Laos (İspaniya)
"Lusail" stadionu
Qeyd edək ki. 1/4 finalın digər 2 oyunu dekabrın 10-da baş tutacaq. Portuqaliya Mərakeşlə, Fransa isə İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.