DÇ-2022: 1/8 finalın bütün cütlükləri bəlli olub

DÇ-2022: 1/8 finalın bütün cütlükləri bəlli olubQətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin bütün cütlükləri bəlli olub.

"Report"un məlumatına görə, G qrupunda son turun oyunlarından sonra pley-offda üz-üzə gələcək yığmalar müəyyənləşib.

Son olaraq, İsveçrə millisi növbəti mərhələyə vəsiqəni təmin edərək, Portuqaliyaya rəqib olub.

DÇ-2022

1/8 final

3 dekabr

19:00. Niderland - ABŞ

23:00. Argentina - Avstraliya

4 dekabr

19:00. Fransa - Polşa

23:00. İngiltərə - Seneqal

5 dekabr

19:00. Yaponiya - Xorvatiya

23:00. Braziliya - Cənubi Koreya

6 dekabr

19:00. Mərakeş - İspaniya

23:00. Portuqaliya - İsveçrə