Sizin Reklam Burada

Bayden ABŞ-ın futbol üzrə millisini təbrik edib

Bayden ABŞ-ın futbol üzrə millisini təbrik edibABŞ Prezidenti Cozef Bayden dünya çempionatında Birləşmiş Ştatlar millisini İran komandası üzərində qələbəsindən xəbər tutaraq, futbolçuları təbrik etmək üçün səhnəyə qayıdıb.

"Report" xəbər verir ki, bunu Bayden Miçiqandakı çıxışından sonra deyib.

"ABŞ (hesabda-red) birdir, İran sıfırdır! Oyun bitdi", - bundan əvvəl iqtisadi mövzularda çıxış edən Bayden sevinclə deyib.

"ABŞ! ABŞ! Bu, ən vacib matçdır, dostlar", - o deyib. "Onlar (amerikalı futbolçular və onların məşqçisi - red.) bunu etdilər, Allah onları qorusun! Ümumiyyətlə, mən sadəcə fikirləşdim ki, sizə maraqlı olacaq", - Prezident tamaşaçıların sevincli nidalarına əlavə edib.

ABŞ yığması Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda olub. Amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.

Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb.

Komanda bu raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər