İran millisi uddu, 715 məhbus azad edildi
Dərc olunub:
29-11-2022, 14:39
İran hakimiyyəti Qətərdə keçirilən dünya çempionatında milli komandanın Uels yığması üzərində qələbəsindən sonra həbsxanalardan 715 məhbusu azad edib.
Bu qərarı İran məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhseni-Ejei imzalayıb.
Qeyd edilir ki, İranın məhkəmə sisteminin rəhbəri iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirib.
Xatırladaq ki, İran millisi Uels komandasına 2:0 hesabı ilə qalib gəlib. Bu, iranlıların dünya çempionatı oyunlarında iştirak tarixində üçüncü qələbəsidir.