Qol vururuq, saymır, VAR-a baxır - Medvedev
Hamı oyunun önəmini başa düşürdü. Matça çox yaxşı hazırlaşmışdıq. Amma meydanda nə qədər vuruşsaq da, bəzi şeylər alınmırdı.
Avrasiya.net xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Bakıda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa Liqasının qrup mərhələsinin 6-cı tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, qol epizodlarından istifadə edə bilmədiklərini söyləyib: "Ümumi götürəndə komanda əlindən gələni etdi. Nə bacarırdısa, onu göstərdik".
M.Medvedev görüşün baş hakimi Aleksey Kulbakovun "Qarabağ"a antipatiyasının olduğunu bildirib:
"Ən azı kənardan belə görünürdü. "Qol vururuq, saymır, VAR-a baxır. Sonra penalti epizodu oldu. Nəticədə bir az stressə girdik və kobud oynamağa başladıq. Bu səbəbdən Kevin Medina qırmızı vərəqə aldı. Bununla belə, sonadək mübarizə apardıq. Azlıqda qalsaq da, bərabərlik qolunu vura bildik".