Sizin Reklam Burada

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilərBu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

Avrasiya.net-in məlumatına görə, A, B, C və D qruplarında keçiriləcək 8 oyundan sonra pley-offun daha 4 iştirakçısı müəyyənləşə bilər.

A qrupunda İngiltərə "Liverpul"u Niderlandda "Ayaks"ın qonağı olacaq. Mersisaydlılar səfərdə uduzmasa, vaxtından əvvəl 1/8 finala adlayacaq. Qrupun digər matçında "Napoli" İtaliyada Şotlandiya "Reyncers"ini sınağa çəkəcək.

B qrupunda Portuqaliya "Portu"su Belçikada "Brügge"yə qalib gəlsə, pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün Madrid "Atletiko"su İspaniyada Almaniya "Bayer"i ilə görüşdə xal itirməlidir.

C qrupunda "İnter" İtaliyada Çexiyanın "Viktoriya" (Plzen) komandasını yensə, İspaniyada "Barselona" və Almaniya "Bavariya"sı arasında keçiriləcək görüşün nəticəsindən asılı olmayaraq, adını növbəti mərhələyə yazdıracaq.

D qrupunda isə "Tottenhem" İngiltərədə Portuqaliya "Sportinq"indən üstün olsa, 1/8 finala yüksələcək. Qrupun digər oyununda isə Fransa "Marsel"i Almaniyada "Ayntraxt" (Frankfurt) komandasının qonağı olacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

26 oktyabr

A qrupu

23:00. "Napoli" (İtaliya) - "Reyncers" (Şotlandiya)

23:00. "Ayaks" (Niderland) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Napoli" - 12 . "Liverpul" - 9. "Ayaks" - 3. "Reyncers" - 0.

B qrupu

20:45. "Brügge" (Belçika) - "Portu" (Portuqaliya)

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Almaniya)

Xal durumu: "Brügge" - 10. "Portu" - 6. "Atletiko" - 4. "Bayer" - 3.

C qrupu

20:45. "İnter" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

Xal durumu: "Bavariya" - 12. "İnter" - 7. "Barselona" - 4. "Viktoriya" - 0

D qrupu

23:00. "Tottenhem" (İngiltərə) - "Sportinq" (Portuqaliya)

23:00. "Ayntraxt" (Frankurt, Almaniya) - "Marsel" (Fransa)

Xal durumu: "Tottenhem" - 7. "Marsel" - 6. "Sportinq" - 6. "Ayntraxt" - 4.

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları pley-off vəsiqəni təmin ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər