"Siti" növbəti mərhələdə, "Milan" məğlub oldu
UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 6 matçı keçirilib.
Avrasiya.net xəbər verir ki, bugünkü matçlardan sonra pley-off-a vəsiqə qazanan ilk komanda bəlli olub.
İngiltərənin "Mançester Siti" komandası Danimarkada "Kopenhagen"lə qolsuz heç-heçəyə razılaşsa da, Dortmund "Borussiya"sının evdə İspaniya "Sevilya"sından xal alması "şəhərlilər"i vaxtından əvvəl 1/8 finala yüksəldib.
Turun digər matçları aşağıdakı kimi nəticələnib:
"Milan" (İtaliya) - "Çelsi" (İngiltərə) - 0:2
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Zaltsburq" (Avstriya) - 1:1
"Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 0:2
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Madrid" (İspaniya) - 1:1
"Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə) - 0:0
"Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya) - 1:1
"Makkabi" (Hayfa, İsrail) - "Yuventus" (İtaliya) - 2:0
PSJ (Fransa) - "Benfika" (Portuqaliya) - 1:1
Qeyd edək ki, IV turun digər 8 oyunu oktyabrın 12-də keçiriləcək.