Erməni idmançıdan azərbaycanlılarla bağlı şok etiraf
Əvvəl idmanın, sonra da təhsilin sayəsində 15 yaşımdan türklərlə, azərbaycanlılarla ünsiyyətdə olmuşam. Hər yaşda münasibətlərin dəyişməsini müşahidə etmişəm.
Axar.az xəbər verir ki, bu sözləri erməni güləşçi Arsen Culfalakyan deyib.
“Biz gənc olanda və o qədər də siyasiləşməyəndə qarşılıqlı münasibətlər daha rahat və saf idi (bunu bəzən azərbaycanlılardan görmüşəm). Türklər isə həmişə açıq-aşkar xoş münasibət , hörmət (formal olsa da) göstəriblər. Niyə? Çünki türklər lazım olanı etmişdilər, azərbaycanlılar isə ciddi hazırlaşırdılar...
Zamanla azərbaycanlıların ermənilərlə münasibəti pisləşdi və o həddə çatdılar ki, hətta bir-biriləri ilə salamlaşmırdılar. Bu isə idmanda nadir hallarda baş verən bir şeydir. Beynəlxalq Güləş Federasiyasında yüksək vəzifə tutanda bu münasibətlər dəyişdi. Dərinə getməyəcəm. Türklərlə yenə də problemimiz olmadı. Üstəlik, nə qədər məşhurlaşsaq da, münasibətlər bir o qədər güclü oldu.
Bu illər ərzində hər iki ölkənin adi idmançılarından tutmuş yüksək vəzifəli şəxslərə qədər əlaqələrim olub...
2016-cı ildə İstanbulda keçirilən beynəlxalq turnirin qalibi olanda yerli bələdiyyə sədri ayaq üstə alqışladı və sonra tərcüməçi vasitəsilə mənim güləşimə heyran olduğunu bildirdi... Mümkün qədər qısa yazdım ki, məsələni təxmini başa düşə biləsiniz.
Onu da əlavə edim ki, bakalavr işim “Türkiyə-Çin münasibətləri”, magistr dissertasiyam “Türk-Amerika münasibətləri”, aspirantura işim isə “Türkiyə-Suriya münasibətləri” idi”, - o bildirib.