"Qarabağ" "Olimpiakos"u darmadağın etdi
Yunanıstanda UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda üz-üzə gələcək "Olimpiakos" və "Qarabağ"ın start heyətləri açıqlanıb.
Avrasiya.net-in məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Olimpiakos": 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 18. Hvan İy Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges
Baş məşqçi: Miçel Qonsales
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, bu gün "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
***
"Olimpiakos" - "Qarabağ" matçı start götürdü.
***
"Qarabağ" Zubirin matçın 4-cü dəqiqəsində vurduğu qolla hesabı açsa da, VAR-a baxıldıqdan sonra qol oyundankənar vəziyyət olduğu üçün ləğv olundu.
***
"Qarabağ" Ovusunun matçın 67-ci dəqiqəsində vurduğu qolla hesabı açdı: 0-1.
***
Marko Veşoviç 81-ci dəqiqədə "Qarabağ"ın ikinci qoluna imza atdı: 0-2.
***
Ramil Şeydayev 85-ci dəqiqədə möhtəşəm qolla "Qarabağ"ın üçüncü qoluna imza atdı: 0-3.
***
"Qarabağ" "Olimpiakos"u 3-0 hesabı ilə məğlub edərək xallarının sayını 6-ya çatdırdı. Bu qrupun digər matçında isə "Frayburq" öz meydanında "Nant"ı 2-0 hesabı ilə məğlub edərək 3-cü qələbəsini qazandı.