Avropada xal itirməyənlər: Siyahıda "Qarabağ" da var
Cari mövsüm bu günə qədər Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandalar bəlli olub.
"Report"un məlumatına görə, 9 klubun olduğu siyahıda "Qarabağ" da yer alıb.
"Köhlən atlar" Azərbaycan Premyer Liqasındakı ilk 7 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Ölkə çempionunun III turda "Turan Tovuz"la görüşü isə noyabrın 9-na təxirə salınıb.
Lüksemburqda "Düdelanj" (7), Yunanıstanda "Panatinaikos" (6), Maltada "Birkirkara" və "Hamrun" (hər ikisi 5), Ukraynada "Dnepr-1" (4), San Marinoda "Pennarossa" (3), "Tre Penne" və "Fiorita" (hər ikisi 4) çempionatdakı bütün matçlarını qələbə ilə başa vurub.
Sonuncu turda İspaniyada "Real Madrid", Portuqaliyada "Benfika", Belçikada "Antverpen", Macarıstanda "Ferentsvaroş" kimi komandalar xal itirərək siyadan kənarda qalıb.