star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Millətlər Liqasında qrup mərhələsi yekunlaşdı

Millətlər Liqasında qrup mərhələsi yekunlaşdıUEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Avrasiya.net xəbər verir ki, A, B və C Liqalarında keçirilən 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

A Liqasının 2-ci qrupunda Portuqaliya İspaniya ilə 1-ci yer, İsveçrə isə Çexiya ilə aşağı diviziona düşməmək uğrunda mübarizə aparıb. İspaniyalılar səfər, isveçrəlilər ev qələbəsi ilə istəyinə nail olub. Çexiya isə A Liqasını tərk edib.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul edib. Səfərdə qolsuz bərabərliyə nail olan qonaqlar pley-offa adlayıb.

İsrailin liderliyi təmin etdiyi 2-ci qrupda bir görüş baş tutub. İslandiya səfərdə Albaniyanın qonağı olub. Görüş heç-heçə ilə yekunlaşıb.

4-cü qrupda səfərdə Norveçə qalib gələn Serbiya yığması həm A Liqasına, həm də pley-offa vəsiqə əldə edib. Qrupun digər matçında Sloveniya İsveçlə səfərrdə heç-heçə edərək, B Liqasındakı yerini qoruyub. Meydan sahibləri isə aşağı diviziona düşüb.

Nəhayət, C Liqasının 2-ci qrupunda B Divizionuna və pley-offa vəsiqəni daha əvvəl təmin edən Yunanıstan seçməsi evdə Şimali İrlandiyanı məğlub edib. Kosovo doğma meydanda Kipri darmadağın edərək, C Liqasında qalıb. Qonaqlar isə sözügedən divizionu tərk edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər