Sizin Reklam Burada

Gürcüstan polisi türkiyəli basketbolçulara hücum edib

Gürcüstan polisi türkiyəli basketbolçulara hücum edibTbilisi Arenada keçirilən basketbol üzrə Avropa çempionatında Gürcüstan və Türkiyə komandaları arasındakı matçdan sonra qalmaqallı hadisə baş verib.

“Report” xəbər verir ki, bu barədə “Eurohoops” məlumat yayıb.

Türkiyə Basketbol Federasiyasının vitse-prezidenti Ömər Onan bildirib ki, oyun başa çatdıqdan sonra hər iki komandanın basketbolçuları və məşqçiləri ilə yanaşı, Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının da iştirak etdiyi kütləvi dava olub.

“Furkan Qorxmaz məşqçimizlə dəhlizlə paltardəyişmə otaqlarına gedərkən Gürcüstan millisinin oyundan kənarlaşdırılan basketbolçusu Duda Sanadze polislə birlikdə onlara hücum ediblər. Bu baş verməməlidir. Matçın sonunda 30 polis əməkdaşı dava salıb. Biz gürcü polisi ilə dalaşmalı olduq”.

Qeyd edək ki, Basketbol üzrə Avropa çempionatında Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası əlavə vaxtda 88:83 hesabı ilə Türkiyə millisinə qalib gəlib. Matçın dördüncü rübündə Furkan Qorxmazla Duda Sanadze arasında dava düşüb, epizoda əlavə baxıldıqdan sonra hər iki basketbolçu meydandan kənarlaşdırılıb.

Eyni zamanda Türkiyə tərəfi qarşılaşmanın nəticəsinə etiraz edib. Buna səbəb Korkmaz və Sanadze ilə insidentdən sonra 22 saniyənin oyun vaxtından çıxarılması olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər