Sizin Reklam Burada

"Viktoriya"nın baş məşqçisi: "Qarabağ"la oyun asan keçmədi"

"Viktoriya"nın baş məşqçisi: "Qarabağ"la oyun asan keçmədi""Təsnifat mərhələsinin oyunlarını əla keçirdik. Altı oyundan beşini qələbə ilə başa vurduq, birində heç-heçə etdik".

"Report"un məlumatına görə, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının baş məşqçisi Mixal Bilek evdə "Qarabağ" 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis matçın heç də asan keçmədiyini bildirib: "Təəssüf ki, matçın əvvəlində qol imkanını əldən verdik, sonra isə öz qapımızdan top buraxdıq. Komanda ruhdan düşmədi, bunu çox yüksək qiymətləndirirəm. Bu, böyük uğurdur. İstədiyimizə nail olduq. Plzendə Çempionlar Liqası olacaq, bu böyük uğurdur".

Onun sözlərinə görə, "Viktoriya" heç vaxt təslim olmayan döyüşçülərdən ibarətdir: "Bu kollektivə başçılıq etdiyim qürur duyuram. Çempionlar Liqasında oynamaq bizim haqqımızdır. Titul qazananda böyük nailiyyət olur. Qrupa düşmək də buna bərabərdir. Bu, ürəyi isidir, əla hisslərdir. Fanatlar möhtəşəm ab-hava yaratmışdılar və onların qarşısında oynamaq xoş idi. Uzun-uzadı bayram etməyə vaxt yoxdur. Şənbə günü bizi daha bir çətin oyun gözləyir. Əvvəl də dediyim kimi, biz yerli çempionata da avrokuboklar kimi ciddi yanaşırıq".

Bilek qələbə qolunun müəllifi olan Yan Kliment haqqında da fikirlərini bölüşüb: "İkinci hissədə iki hücumçu ilə oynamağa başladıq. Kliment hərəkəti hesabına oyunumuzu irəli aparırdı. O, lazım olan yerlərdə olurdu və sonda qərarını verdi. Meydana nəyə görə çıxdığını bu cür göstərdi".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər