Bakıda 5 il sonra Çempionlar Liqasının himni səslənəcək
Bakıda 5 ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək.
Avrasiya.net xəbər verir ki, bu əlamətdar hadisə "Qarabağ" klubu Çempionlar Liqasında pley-offa yüksəldiyi üçün baş verəcək.
Çempionlar Liqasının himni turnirin pley-off mərhələsindən etibarən səsləndirilməyə başlayır.
Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən Danimarka "Kopenhagen"indən güclü olub - 1:0; 1:2.
Komanda həmin mövsüm turnirin qrup mərhələsinə yüksəlib.
Xatırladaq ki, "Qarabağ" pley-offda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları 16-17 avqustda, cavab matçları 23-24 avqustda keçiriləcək.