"Barselona" Messini 2023-cü ildə geri qaytarmaq üçün danışıqlar aparır

"Barselona" Messini 2023-cü ildə geri qaytarmaq üçün danışıqlar aparırİspaniyanın "Barselona" futbol klubu argentinalı hücumçu Lionel Messini yenidən komandaya qaytarmaq üçün danışıqlar aparır.

"Report" xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Xavi Kampos sosial şəbəkədə məlumat yayıb.

O, qeyd edib ki, kataloniyalılar futbolçunun nümayəndələri ilə 2023-cü ildə komandaya keçidin şərtlərini müzakirə edirlər.

Ssenarilərdən biri Messinin PSJ ilə müqaviləni pozmasını və Barselona ilə bir, yaxud iki mövsümlük müqavilə imzalayacağını nəzərdə tutur.

Futbolçunun Amerika MLS liqasındakı klublardan birinə keçmək təklifi də var.

Xatırladaq ki, Messi 18 il "Barselona"da oynadıqdan sonra komandadan ayrılıb. O, 2021-ci ildə PSJ-nin oyunçusu olub. Klub ötən mövsüm Fransa Birinci Liqasının qalibi olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər