"Qarabağ" Konfrans Liqasının qrupunu təmin edib
Dərc olunub:
27-07-2022, 23:44
"Qarabağ" UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.
Avrasiya.net-in məlumatına görə, buna "köhlən atlar"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə edərək, növbəti raunda adlaması səbəb olub.
Bakıdakı ilk matçda 3:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdəki heç-heçə sayəsində adını III raunda yazdırıb.