Şahmat üzrə rayon birinciliyi keçirilib

Şahmat üzrə rayon birinciliyi keçirilib26 İyun Silahlı Qüvvələr gününə həsr olunmuş 10-14 yaşlı yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

21-22 iyun tarixlərində Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Siyəzən rayon komitəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 40 şahmatçı mübarizə aparıb. Yarış Silahlı Qüvvələr gününün qeyd olunması, yeniyetmə şahmatçıların yarış təcrübəsinin artırılması, istedadlı şahmatçıların üzə çıxarılması və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.

2 gün davam edən birinciliyin yekun nəticəsinə əsasən qızlar arasında Zərbəliyev Fidan I, Qubanlı Məryəm II, Həsənova Qızılgül III yeri tutub. Oğlanların yarışında isə Adayev Yavər I, Allahverdiyev Amid II, Paşazadə Muhamməd III olub. Təltif olunma mərasimində yarışın qaliblərinə təşkilatçılar tərəfindən fəxri fərman, medal və hədiyyələr təqdim edilib.





#SilahlıQüvvələrGünü #şahmat #SiyəzənGİİ #Gənclərİdman #Azərbaycanİdmanı #AZEsport #idman #sağlamhəyat