Mini-futbol üzrə rayon çempionatına yekun vurulub
15 İyun Milli Qurtuluş gününə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında mini-futbol üzrə rayon çempionatına yekun vurulub.
Siyəzən Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Dövlət İdarələri İctimai Xidmət
İşçiləri Həmkarlar ittifaqının Siyəzən rayon komitəsinin birgə təşkilatçılığı ilə 25 may – 14 iyun tarixlərində şəhər stadionunda keçirilən yarışda 12 komanda 4 yarımqrupda mübarizə aparıb.
Çempionatın təşkilində əsas məqsəd “Bədən tərbiyəsi və İdman haqqında” Azərbaycan Respublikası qanununun müvafiq maddələrinin həyata keçirilməsi, mini-futbol idman növünün rayonda inkişaf etdirilməsi, idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinin təbliği, idmanın kütləviliyinin təmin edilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. 13-14 iyun tarixlərdə keçirilən final oyunlarında Şəhər nümayəndəliyinin komandası Siyəzən RİH-nin Həmkarlar komandası üzərində qələbə çalaraq çempionatın qalibi olub.
Beləliklə çempionatı Şəhər nümayəndəliyinin komandası I, RİH Həmkarlar komandası II, Mühafizə Polisinin komandası isə III yerdə başa vurub. Mükafatlandırma mərasimində I, II və III yeri tutan komandalar təşkilatçılar tərəfindən kubok, medal, fəxri fərmanlar və hədiyyələrlə təltif ediliblər.
#15İyun #MilliQurtuluşGünü #SiyəzənGİİ #Gənclərİdman #Azərbaycanİdmanı #AZEsport #idman #sağlamhəyat