Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb
Dərc olunub:
7-06-2022, 15:47
UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılıb.
"Report"un məlumatına görə, püşkatma nəticəsində ilkin təsnifat mərhələsinin yarımfinal cütlərinin tərkibi müəyyənləşib.
Bu raundda Estoniya “Levadiya”sı İslandiyanın "Vikinqur" komandasına, San-Marinonun “La Fiorita” klubu isə Andorranın "İnter" (Eskaldes) kollektivinə rəqib olub.
Yarımfinallar iyunun 21-də, final isə iyunun 21-də olacaq. Qarşılaşmalar İslandiyada gerçəkləşəcək.
İlkin təsnifat mərhələsinin qalibi I təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibi hesab olunur. Bu raundun püşkü isə iyunun 14-də atılacaq.